"Qarabağ" və "Neftçi" dünya reytinqində geriləyiblər

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Məlumata görə, 507 komandadan ibarət siyahıya Azərbaycanın dörd təmsilçisi düşüb. Beş pillə geriləyən "Qarabağ" (183,75 xal) 53-cü sırada yer alıb. 15 pillə irəliləyən "Zirə" (62,25 xal) 369-cudur.

17 pillə irəliləyən "Sabah" (60,75) 388-ci, beş addım geriləyən "Neftçi" (59,25 xal) isə 403-cüdür.

Qeyd edək ki, dünya reytinqinə "Mançester Siti" (401 xal) başçılıq edir.

Mənbə: IFFHS.com

0.074380159378052