Qvardiola: "Mançester Siti"dən ayrılmağa yaxınam"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə klubundakı gələcəyi barədə danışıb.

"Reallıq budur ki, mən indi qalmaqdansa, getməyə daha yaxınam. Klubla müzakirə etdik, hiss edirəm ki, qalmaq istəyirəm. Növbəti mövsümdə qalacağam və zaman irəlilədikcə klubla danışacağam. Vəziyyətə baxacağıq", - jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş "Twitter") Qvardiolanın sözlərini sitat gətirib.

Xatırladaq ki, Pep Qvardiola 2016-cı ilin yayında "Bavariya"dan ayrıldıqdan sonra "Mançester Siti"nin baş məşqçisi olub. Səkkiz il ərzində o, komanda ilə 16 kubok qazanıb. Tərəflər arasında müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

0.053776979446411