Futbol üzrə Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.
hakimiyyet.az xəbər verir ki, Arif Əsədovun rəhbərlik etdiyi seçmə komandamız 299-cu rəsmi oyununda Qazaxıstanla üz-üzə gələcək.
Macarıstanın Sombatxey şəhərindəki "Haladas SportKomplexum" stadionunda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə 18:00-da start götürəcək.
Görüşü macarıstanlı hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də Albaniyaya 1:3 hesabı ilə uduzub.