Azərbaycan millisinin Macarıstanda keçirilən yoldaşlıq oyunlarındakı "qazanc"ı bəlli olub.
hakimiyyet.az xəbər verir ki, Albaniya və Qazaxıstanla görüşlər komandamızın FIFA reytinqinə 2,1 xal gətirib.
İlk matçdakı məğlubiyyət 3,2 xal itkisi ilə nəticələnib. Son oyundakı qələbə isə 5,3 xallıq qazancla yekunlaşıb.
Son cədvəldə 1177,83 xalla 112-ci olan Arif Əsədovun yetirmələri aktivini 2,1 xal artırıb.
7 iyun
Azərbaycan - Albaniya - 1:3
Məğlubiyyət: -3,2
11 iyun
Azərbaycan - Qazaxıstan - 3:2
Qələbə: 5,3
Qeyd edək ki, FIFA reytinq siyahısını iyunun 20-də açıqlayacaq.