Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Küveytə başsağlığı verib.
hakimiyyet.az xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesablarında paylaşım edilib.
"Küveytin Manqaf şəhərində onlarla insanın ölümü və yaralanması ilə nəticələnən faciəli yanğın xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik.
Bu çətin anda Azərbaycan qardaş və dost Küveyt dövlətinin yanındadır", - paylaşımda deyilir.
We are deeply saddened by the news of the tragic fire that killed and injured dozens in #Mangaf, #Kuwait.
— MFA Azerbaijan ???????? (@AzerbaijanMFA) June 12, 2024
We express our deepest condolences to the families of the victims and wish the injured ones a speedy recovery.
In this difficult moment, #Azerbaijan stands with brotherly…