Bakının Balaxanı qəsəbəsində baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub.
Belə ki, 2006-cı il təvəllüdlü Rəşid Rüstəm oğlu İmanov anası və özündən iki yaş kiçik qardaşı ilə kirayədə yaşayırmış.
Sözügedən hadisə isə o, evdə tək olan zaman baş verib.
Qonşuların verdiyi məlumata görə, öldürülən şəxs əslən Salyan rayonundan olub. O, restoranların birində aşpaz vəzifəsində çalışırmış, lakin işdən yeni ayrıldığı bildirir.
Qeyd edək ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Rəhim İsmayıl oğlu Əsədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Bakıda 18 yaşlı gəncin başını yaşadığı evdə kəsdilər: Dəhşətli qətlin baş verdiyi yerdən GÖRÜNTÜLƏR
Sabunçu rayon prokurorluğunda Balaxanı qəsəbəsində baş vermiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə hakimiyyet.az-a Sabunçu rayon prokurorluğundan bildirilib.
"İyunun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib", - məlumatda qeyd olunub.
Bildirilib ki, faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
"Rəhim Əsədov iş üzrə şübhəli şəxs qismində tutulub", - rayon prokurorluğu əlavə edib.
Xatırladaq ki, ötən gün şəxsi münasibətlər zəminində baş vermiş insidentdə 18 yaşlı gənc qətlə yetirilib.