Bu ilin I rübündə Azərbaycan Türkiyə iqtisadiyyatına 40 milyon ABŞ dolları investisiya yatırıb.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın Türkiyənin iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 6,7%-dən 12,1%-ə çatıb.
Yanvar-mart aylarında Türkiyə isə Azərbaycan iqtisadiyyatına 261,4 milyon ABŞ dolları investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən 10,7% azdır.
İl ərzində Türkiyənin Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 19,3%-dan 17,3%-a düşüb.