Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Şotlandiya - İsveçrə matçı başa çatıb.
hakimiyyet.az xəbər verir ki, görüşdə qalib müəyyənləşməyib - 1:1.
Qarşılaşmada hesabı şotlandlar açıblar. 13-cü dəqiqədə Fabinan Şer avtoqolun müəllifi olub. İsveçrənin bərabərlik qoluna isə 26-cı dəqiqədə Cerdan Şakiri imza atıb.
Qeyd edək ki, A qrupunun digər oyununda Almaniya Macarıstana 2:0 hesabı ilə qalib gəlib.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turu çərçivəsində günün son matçı start götürüb.
hakimiyyet.az xəbər verir ki, A qrupunun görüşündə Şotlandiya İsveçrə ilə qarşılaşır.
Oyunu slovakiyalı İvan Krujlyak idarə edir.
AVRO-2024: Şotlandiya-İsveçrə matçı heç-heçə yekunlaşıb