Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Sloveniya - Serbiya görüşü başa çatıb.
hakimiyyet.az xəbər verir ki, qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.
Görüşdə hesabı 69-cu dəqiqədə Yan Karniçnik açıb. 90+5-ci dəqiqədə isə Luka Yociç yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, bu qrupun digər oyununda Danimarka İngiltərə ilə qarşılaşacaq.
Futbol üzrə 2024-cü il Avropa çempionatının C qrupu çərçivəsində Sloveniya və Serbiya milliləri arasında görüş başlayıb.
hakimiyyet.az xəbər verir ki, qarşılaşmanı rumıniyalı hakimlər briqadası idarə edir.
Qeyd edək ki, ilk oyunda Sloveniya Danimarka ilə 1:1 hesablı heç-heçəyə razılaşıb. Serbiya isə İngiltərə millisinə 0:1 hesabı ilə məğlub olub.
AVRO-2024: Sloveniya - Serbiya matçında qalib müəyyənləşməyib