Dünya çempionatının qrup mərhələsində ABŞ ilə görüşdə avtoqol müəllifi olan Kolumbiya millisinin futbolçusu Andres Eskobarın ölümündən 30 il keçir.
hakimiyyet.az xəbər verir ki, kolumbiyalı Andres Eskobar 1994-cü ildə keçirilən mundialın qrup mərhələsində ABŞ ilə keçirilən görüşdə həyatı bahasına başa gələn avtoqolun müəllifi olub.
Belə ki, Kolumbiya komandası Andres Eskobarın avtoqolu ilə ABŞ-yə 1:2 hesabı ilə məğlub olub və dünya çempionatının qrup mərhələsini adlaya bilməyib. Eskobarın bu səhvi isə futbol azarkeşləri tərəfindən bağışlanmayıb. Barda baş verən kiçik davadan sonra onu güllələyiblər. Eskobarın dəfn mərasimində isə 100 mindən çox insan və ölkə prezidenti iştirak edib.
Qatil 43 il müddətinə azadlıqdan məhrum edilsə də, 11 il sonra azadlığa buraxılıb.