İctimai nəqliyyatda qadın sərnişinə qarşı qeyri-etik hərəkət edən şəxs həbs edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hakimiyyet.az-a verilən məlumata görə, Famil Mehrabov 30 gün müddətinə inzibati qaydada həbs edilib.
Bir nəfərin ictimai nəqliyyatda qadın sərnişinə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Bu barədə hakimiyyet.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Araşdırmalarla həmin şəxsin 44 yaşlı Famil Mehrabov olması müəyyən edilərək saxlanılıb.
Həmin şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcək.