Azərbaycan güləşçiləri beynəlxalq turnirdə üç medal qazanıblar

Azərbaycan güləşçiləri Polşanın paytaxtı Varşavada keçirilən beynəlxalq turnirdə iki qızıl və bir gümüş medal qazanıblar.

hakimiyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından (AGF) məlumat verilib.

Bildirilib ki, ənənəvi yarışda ölkəmizi sərbəst güləş üzrə millinin məşqçisi Şərif Şərifovun rəhbərliyi altında Sabir Cəfərov (70 kq), Əşrəf Aşırov (79 kq) və Abubakr Abakarov (92 kq) təmsil edib.

Yarışın nəticələrinə əsasən S.Cəfərov və A.Aşırov qızıl, Ə. Aşırov isə gümüş medala sahib çıxıb.

0.056937217712402