Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakının bütün dünyanı Cənubi Qafqaza gətirdiyi üçün qlobal problemlərin həllində daha fəal rol oynamağa davam edəcəyini bildirib.
hakimiyyet.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkə hesabında yazıb.
"COP29-un davamı olaraq Azərbaycan 2026-cı ildə UNEP (BMT-nin Ətraf Mühit Proqramı – red.) ilə birlikdə Ümumdünya Ətraf Mühit Gününə, BMT-nin Məskunlaşma Proqramı ilə Ümumdünya Şəhər Forumuna ev sahibliyi edəcək. Azərbaycan münaqişənin başa çatmasından sonra qlobal xarici siyasətə keçdiyi və bütün dünyanı Cənubi Qafqaza gətirdiyi üçün qlobal problemlərin həllində daha fəal rol oynamağa davam edəcək", - deyə o qeyd edib.
As a follow up to COP29 Azerbaijan will host World Environment Day in 2026 with UNEP, along with the World Urban Forum with UN Habitat. Azerbaijan will continue to play more active role in addressing global issues as it switches to more global foreign policy since the end of… pic.twitter.com/ZgVyWSrpvN
— Hikmet Hajiyev (@HikmetHajiyev) June 27, 2024