İrlandiyalı qadın futbolçular baş məşqçini cinsi təcavüzdə ittiham ediblər

İrlandiya Futbol Assosiasiyasının (FAI) məşqçisi 1990-cı illərdə bir neçə qadın futbolçuya qarşı cinsi təqibdə günahlandırılır.

Qadın futbol akademiyasının 20 idmançısından beşi baş məşqçi İmonn Kollins tərəfindən cinsi təqibə məruz qaldıqlarını bildirib.

Belə ki, 90-cı illərdə komandanın kapitanı olmuş keçmiş futbolçu Linn Vinters 18 yaşında 31 yaşlı məşqçi ilə görüşə getdiyini bildirib. Akademiyanın digər tələbəsi Bricet Makdonald deyib ki, Kollinslə birlikdə spirtli içki içməyin onunla cinsi əlaqəyə girməsi ilə nəticələnib.

FAI rəsmiləri davam edən polis araşdırmasını bəhanə edərək şərh verməyiblər. Eyni zamanda, təşkilat üzvləri şok olduqlarını və dəhşətə gəldiklərini bildirib və baş verənlər haqqında danışan qadınların cəsarətli olduqlarını vurğulayıblar.

Mənbə: Irish Independent

0.047323942184448