Türkiyənin "Fənərbağça" klubu müdafiəçi Serdar Azizlə yollarını ayırıb.
Məlumata görə, türkiyəli müdafiəçi baş məşqçi Joze Mourinyonun planlarına daxil olmayıb.
33 yaşlı futbolçu artıq komandanın düşərgəsini tərk edib.
Qeyd edək ki, "Fənərbağça" Serdar Azizi 2019-cu ilin yanvar ayında "Qalatasaray"dan transfer etmişdi. Türkiyə millisinin sabiq üzvü ötən mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə: Sporx.com