"Qarabağ"ın Çempionlar Liqasındakı cavab oyununa hakim təyinatları açıqlanıb

"Qarabağ"ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki ev oyununa ukraynalı hakimlər briqadası təyinat alıb.

Bu barədə UEFA-nın rəsmi saytı xəbər yayıb.

Matçın baş hakimi Viktor Kopiyevski olacaq. Ona Semyon Şlonçak və Vladimir Vısotski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Dmitri Pançişin yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:00-da start götürəcək. "Köhlən atlar" bu raundda "Hamrun" (Malta) - "Linkoln" (Cəbəllüttariq) cütünün qalibi ilə üz-üzə gələcəklər.

Azərbaycan çempionu ilk matçını iyulun 23-də və ya 24-də səfərdə keçirəcək.

0.10863995552063