"Qarabağ"ın potensial rəqibləri üz-üzə gəlirlər

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək.

hakimiyyet.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri bu gün üz-üzə gələcək.

"Hamrun" komandası Maltada Cəbəllüttariqin "Linkoln" kollektivini qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Cavab görüşü iyulun 16-da gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan çempionu bu duelin qalibi ilə ilk matçını iyulun 23-də və ya 24-də səfərdə keçirəcək. Cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq.

0.046326160430908