ABŞ Dövlət Departamenti: "Bakı və İrəvan arasında diplomatik işləri davam etdiririk"

"Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında diplomatik nizamlanma üzərində işləməyə davam edir".

"Trend"in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı bildirib.

NATO iclası çərçivəsində Vaşinqtonda iki xarici işlər nazirinin görüşünün mümkünlüyünə gəlincə, Miller heç bir açıqlama verə bilməyəcəyini deyib.

"Amma siz bilirsiniz ki, həmişə belə olur. Biz diplomatik nizamlanma üzərində işləməyə davam edirik", - o əlavə edib.

0.045280933380127