Amerika Kuboku: İlk finalçı bəlli oldu

Amerika Kubokun yarımfinal mərhələsində Kanada ilə üz-üzə gələn Argentina inamlı qələbəyə sevinib.

hakimiyyet.az xəbər verir ki, gərgin və maraqlı futbol tamaşası vəd edən görüşdə hesab 22-ci dəqiqədə açılıb. Xulian Alvares Rodriqonun ötürməsindən sonra dəqiq oynayıb - 1:0. Nominal meydan sahibləri məğlubiyyətdən xilas olmaq üçün çox çalışsalar da, ilk hissə bu hesabla başa çatıb. Fasilədən sonra da üstünlüyünü davam etdirən argentinalılar fərqi artırıblar. 51-ci dəqiqədə Lionel Messi görüşün yekun nəticəsini müəyyənləşdirib - 2:0.

Qeyd edək ki, Argentina millisi finalda Uruqvay-Kolumbiya cütünün qalibi ilə qarşılaşacaq.

Anar Həsənov

0.10971689224243