AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bəlli olub

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

hakimiyyet.az Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, toplantı iyulun 12-də qurumun inzibati binasında gerçəkləşəcək.

Saat 14:30-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Hakimlər Komitəsi ilə bağlı məsələlərin müzakirəsi;

2. Futzal üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi;

3. Çimərlik futbolu üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi;

4. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr;

5. I və II Liqada mövcud vəziyyətin müzakirəsi;

6. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi;

7. Digər məsələlər.

0.1092050075531