Düjarrik: "Ümid edirik ki, Bakı ilə İrəvan arasında normallaşma prosesi öz bəhrəsini verəcək"

"Biz çox ümid edirik ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi öz bəhrəsini verəcək".

Bunu "Report"a açıqlamasında BMT baş katibinin sözçüsü Stefan Düjarrik Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə baş tutan Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli görüşü şərh edərkən deyib.

Düjarrik BMT baş katibinin iki ölkə arasındakı normallaşma prosesini yüksək qiymətləndirdiyini deyib:

"Hesab edirəm ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması və bir sıra ikitərəfli məsələlərin həlli təkcə hər iki ölkə üçün deyil, bütövlükdə region üçün əhəmiyyətli təsirə malikdir".

0.046213150024414