AVRO-2024: İngiltərə finalda

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşü başa çatıb.

hakimiyyet.az xəbər verir ki, Dortmunddakı "Siqnal İduna Park"da İngiltərə millisi qələbə qazanıb - 2:1.

Matçda 7-ci dəqiqədə Xavi Simons "narıncılar"ı hesabda önə çıxarıb. İngiltərə millisinin heyətində 18-ci dəqiqədə Harri Keyn bərabərlik qolunu vurub. 90+1-ci dəqiqədə isə Olli Uotkins adını tabloya yazdırmaqla ingilislərin qalibiyyət qoluna imza atıb.

Qeyd edək ki, finala yüksələn Qaret Sautqeytin rəhbərlik etdiyi yığma həlledici mərhələdə İspaniya seçməsinə rəqib olub. Final qarşılaşması iyulun 14-ü, saat 23:00-da keçiriləcək.

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşündə növbəti qol vurulub.

hakimiyyet.az xəbər verir ki, ingilislər hesabda önə keçiblər.

Komandada 90+1-ci dəqiqədə Olli Uotkins fərqlənib.

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşündə ikinci hissə başlayıb.

hakimiyyet.az xəbər verir ki, komandalar ikinci hissəyə bərabərliklə başlayırlar.

7-ci dəqiqədə Xavi Simons "narıncılar"ı hesabda önə çıxarıb. İngiltərə millisinin heyətində isə 18-ci dəqiqədə Harri Keyn bərabərlik qolunu vurub.

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşündə ilk hissə başa çatıb.

hakimiyyet.az xəbər verir ki, tərəflər fasiləyə bərabərliklə yollanıblar - 1:1.

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşündə növbəti qol vurulub.

hakimiyyet.az xəbər verir ki, ingilislər hesabı bərabərləşdirməyi bacarıblar.

İngiltərə millisinin heyətində 18-ci dəqiqədə Harri Keyn penalti zərbəsini dəqiq yerinə yetirib.

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşündə hesab açılıb.

hakimiyyet.az xəbər verir ki, niderlandlılar hesabda önə keçiblər.

7-ci dəqiqədə Xavi Simons dəqiq zərbə müəllifi olub.

Niderland və İngiltərə milli komandaları arasında futbol üzrə Avropa çempionatının yarımfinal oyunu başlayıb.

hakimiyyet.az xəbər verir ki, qarşılaşma Dortmunddakı "Siqnal İduna Park"da keçirilir.

Matçı Feliks Zvayerin (Almaniya) rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

AVRO-2024: İngiltərə finalda

AVRO-2024: İngiltərə finalda

0.23850297927856