Alessandro Nesta yeni mövsümdən etibarən İtaliya klubunu çalışdıracaq

İtaliya millisinin və "Milan"nın sabiq futbolçusu Alessandro Nesta yeni mövsümdən etibarən A seriyasında çıxış edən kluba başçılıq edəcək.

Məlumata görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Paylaşılan xəbərdə 48 yaşlı mütəxəssisin "Monza"ya baş məşqçi təyin edildiyi bildirilib.

Nesta bu vəzifədə Rafaello Palladinonu əvəzləyib.

Qeyd edək ki, Nestanın son iş yeri İtaliyanın "Reggiana" klubu olub. O bu yay komandadan ayrılıb.

0.13515901565552