Leonardo Spinazzola "Napoli"yə keçdi

Leonardo Spinazzola "Napoli"nin oyunçusu olub.

Məlumata görə, müdafiəçi "Roma"dan ayrıldıqdan sonra "Napoli"yə azad agent kimi keçib.

31 yaşlı müdafiəçi ilə iki illik müqavilə imzalanıb. Leonardo Spinazzola karyerası ərzində "Yuventus", "Atalanta" və "Roma" klublarında çıxış edib.

Qeyd edək ki, Spinazzola karyerası ərzində 363 oyunda çıxış edib, 21 qol, 38 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Championat.com

0.090059041976929