Azərbaycanda işədüzəltmə platforması yaradılacaq

"Ölkəmizdə 2025-ci ildə işədüzəltmə platforması yaradılacaq".

hakimiyyet.az xəbər verir ki, bunu "Caspian Energy Club"ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Bakıda keçirilən, logistika və ticarətin aktual məsələlərinə həsr olunmuş "CEO MeetUp Logistics&Trade" adlı tədbirdə bildirib.

O qeyd edib ki, növbəti ildə platformanın yaradılması planlaşdırılır:

"Platformanın tam ödənişsiz olmasını düşünürük. Sosial layihə olaraq həyata keçirmək istəyirik. Geniş auditoriyamız var. Bu səbəbdən bu platformanı yaratmağı düşündük. Sahibkarlarla birgə bu layihəni həyata keçirməyi təklif edirik".

"Layihəni öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etdik. Lakin müəyyən səbəblərə görə həyata keçirmək istəsələr də, alınmadı", - deyə T.Əliyev fikrini tamamlayıb.

Nəzrin Vahid

0.22046208381653