Avropa çempionatı: Millimiz qrup mərhələsini məğlubiyyətsiz başa vurdu

Cəbəllütariqdə 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin sonuncu qrup oyunu baş tutub.

hakimiyyet.az xəbər verir ki, qrupda rəqib tanımayan qızlarımız yarımfinala vəsiqə qazanıblar.

Qızlarımızın budəfəki rəqibi Kipr seçməsi olub. Oyuna sürətli başlayan millimiz Kipr yığması üzərində 68-45 hesablı rahat qələbə qazanıblar.

Oyunun ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (28 xal, 2 ribaund) seçilib. Bu qələbə ilə qızlarımız qrup lideri kimi yarımfinala yüksəliblər.

Qeyd edək ki, yarımfinal oyunları 13 iyul tarixində baş tutacaq.

0.42681288719177