"Qarabağ"ın Avstriyadakı son oyun günündəki rəqibləri bəlli olub.
Oxu.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri iyulun 16-da iki matça çıxacaqlar.
İlk görüşdə rəqib Xorvatiya təmsilçisi "Slaven" (Belupo) olacaq. Ağdam təmsilçisi Tirol bölgəsindəki hazırlığı "Əl Şəbəb"ə (BƏƏ) qarşı matçla yekunlaşdıracaq.
Qeyd edək ki, toplanış çərçivəsində ilk iki matçını iyulun 9-da keçirən "Qarabağ" Almaniyanın "Kayzerslautern" (1:3) və Çexiyanın "Viktoriya" kollektivi (2:1) ilə üz-üzə gəlib.