"Real Madrid" Mbappe köynəklərinin istehsalını çatdırmır

"Real Madrid" heyətə yeni qatılan hücumçu Kilian Mbappenin idman köynəklərinin istehsalını çatdırmır.

Oyun formalarının satışına başlanılandan qısa müddət sonra klub mağazası bu məhsula tələbatın çox olması səbəbindən çatdırılmada 4-6 həftə gecikmələrlə bağlı xəbərdarlıq edib.

Vurğulanıb ki, "Real Madrid" Mbappenin köynəkləri üçün bu qədər çox sifariş gözləmirdi.

Mənbə: championat.com

0.89976382255554