MSK növbədənkənar parlament seçkisində neçə partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb?

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında daha bir neçə partiyanın 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkisində iştirak edəcək səlahiyyətli nümayəndələri qeydə alınıb.

hakimiyyet.az xəbər verir ki, müvafiq məsələ MSK-nın üzvləri arasında səsverməyə çıxarılıb və yekdilliklə qəbul olunub. MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Azad Vətən Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Yeni Zaman Partiyası, Haqq, Ədalət Partiyası və Ağ Partiyanın səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə əlaqədar qərar verilib.

Beləliklə, ümumilikdə bu günə qədər MSK 16 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb.

Qeyd edək ki, MSK-nın bu gün keçirilən iclasında ümumilikdə 8 məsələ müzakirəyə çıxarılıb və yekdilliklə qəbul olunub.

Könül Cəfərli

0.10115098953247