İş adamının restoranında bıçaqlanma: Prokuror müavini vəzifəsində çalışmış şəxs də iştirak edib?

Bakıda yerləşən "Hollivud" restoranında bıçaqlanma hadisəsi zamanı xəsarət aldığı bildirilən sabiq prokurorluq əməkdaşı Zeynal Usubov məsələ ilə bağlı açıqlama verib.

"Qafqazinfo"ya danışan Z.Usubov hadisənin ona aidiyyəti olmadığını, ümumiyyətlə heç bir xəsarət almadığını bildirib:

"Mənimlə bağlı heç bir hadisə olmayıb. İndi idman zalındayam, gəlib görsünlər ki, o xəsarət mənim haramdadır? Davada iştirak edənləri tanıyıram, amma nədənsə mənim adım hallanıb. Düzdür, dava zamanı obyektdə olmuşam, amma onların yanında olmamışam. Hadisənin mənə aidiyyəti yoxdur. Hadisə də yeni deyil, bir ay əvvəl olub. Özüm də bir ay idi Azərbaycanda yox idim, sərhədkeçməni yoxlaya bilərlər, iki gündür gəlmişəm".

Qeyd edək ki, Zeynal Usubov 2023-cü ilin aprel ayında prokurorluq orqanlarından xaric olunub. O, Nərimanov rayon prokurorunun müavini vəzifəsində çalışıb.

Bakıda yerləşən "Hollivud" restoranında bıçaqlanma hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə bir neçə gün əvvəl qeydə alınıb. Restorandakı insident zamanı Zeynal Mütəllim oğlu Usubova bir neçə bıçaq zərbəsi vurulub.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanılıb.

Məlumat üçün bildirək ki, restoranın sahibi kimi tanınan iş adamı Şərurlu İsfəndiyar açıqlamasında bıçaqlanmadan xəbərsiz olduğunu deyib: "Hollivud" restoranını 10 illik icarəyə vermişəm. Hadisədən xəbərim yoxdur. Mənə heç nə deməyiblər..."

Yerli mətbuatda yayılan məlumatlara görə, bıçaqlanaraq ağır bədən xəsarətləri alan Zeynal Usubov uzun müddət prokurorluq orqanlarında çalışıb, Nərimanov rayon prokurorunun sabiq müavini olub.

0.0502610206604