Məmməd Abbasbəyli: "30-dan artıq təbii inhisar subyekti var"

"Hazırda Azərbaycanda 30-dan artıq təbii inhisar subyekti var".

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.

"Azərbaycan iqtisadiyyatına əsas təhdidlərdən biri təbii inhisarçılıq hesab olunur. Amma təbii inhisar subyektləri arasında dövlətin sosial-ictimai mənafeyini qoruyan qurumlar var. Bunlar nəqliyyat və kommunal xidmət müəssisələridir. Eyni zamanda dövlətə məxsus olmayan təbii inhisar subyektləri də var", - deyə o qeyd edib.

6.5814790725708