İşbazlar avtomobili baha satmaq üçün hiyləgərliyə əl atırlar

Bəzi işbazlar uzun müddət istifadə edilən avtomobili rahat satmaq üçün onun yürüşünü geri çəkirlər. Belə hallara ən çox da ABŞ və Koreya bazarından satış məqsədi ilə gətirilən avtomobillərdə rast gəlinir.

Xezerxeber.az-ın məlumatına görə, yürüşü çox olduğundan, alverçilər ucuz qiymətə aldıqları həmin nəqliyyat vasitələrini ölkəyə gətirib onun kilometrajını azaltmaqla satışa çıxarırlar.

Ustalar bildiriblər ki, yürüşün böyük olması avtomobilin çox istifadə edildiyinə və gələcəkdə texniki problemlərin ortaya çıxacağına işarə edir. Bu da avtomobilin satış qiymətini aşağı salır. Buna görə də avtomobili satışa çıxaran bəzi şəxslər yürüşü saxta yolla geri çəkməyə və maşının qiymətini qaldırmağa çalışırlar.

Ustalar hesab edirlər ki, bu cür avtomobillərin yollarda hərəkəti çox təhlükəlidir.

Kilometrajı bort kompüteri ilə məşğul olan elektriklər, kompüter ustaları çəkirlər.

Bəzi ölkələrdə yürüşə müdaxiləyə görə vətəndaş cinayət məsuliyyətinə cəlb oluna bilər.

Hüquqşünas Kamandar Hüseynov qeyd edib ki, bu qanunsuz bir əməldir. Amma ölkəmizdəki mövcud qanunvericilikdə belə faktlar üçün xüsusi müddəalar nəzərdə tutulmayıb.

K.Hüseynov mübarizə üsullarından biri kimi texniki müayinə mərkəzlərinin olmasını təklif edir.

Ətraflı süjetdə:

İşbazlar avtomobili baha satmaq üçün hiyləgərliyə əl atırlar

İşbazlar avtomobili baha satmaq üçün hiyləgərliyə əl atırlar

0.076740026473999