Qonşusunu yumruqla vurub öldürdü: Yüngül cəza verildi

Göyçayda tanışının ölümünə səbəb olmaqda təqsirləndirilən Novruz Mahmudova hökm oxunub.

Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Dəyanət Mustafayev məlumat verib.

Onun sözlərinə görə, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə həmkarı Fərid Əliyevlə birgə hüquqlarını müdafiə etdiyi və Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilən Novruz Mahmudovun əməli Cinayət Məcəlləsinin 124-cü maddəsinə tövsif edilib və ona 3 il müddətinə azadlıqdan mərhum etmə cəzası təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında Göyçayda baş verib. Belə ki, Novruz Mahmudov aralarında yaranan mübahisə zamanı Şahsən Yusifovun üz-burun nahiyəsinə ovuc içi ilə bir zərbə vurub. Sonuncu zərbənin təsirindən yıxılıb və ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib və orada da dünyasını dəyişib.

N.Mahmudova qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

0.077264070510864