Göygöldə ər arvadını bıçaqlayıb

Göygöldə aralarında yaranmış münaqişə zamanı ər arvadını bıçaqlayıb.

APA xəbər verir ki, hadisə Ü.Hacıbəyov küçəsi ev 5A ünvanında qeydə alınıb.

Cavid Tofiq oğlu Məmmədov arvadı Asimə Rizvan qızı Məmmədova ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun bədəninə zərbələr vuraraq qəsdən ona ağır bədən xəsarətləri yetirib.

Cavid Tofiq oğlu Məmmədov həmin cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

0.4427490234375