Mbappe "Real"la müqavilə imzaladı

Fransa millisinin hücumçusu Kilian Mbappe "Real Madrid" klubu ilə müqavilə imzalayıb.

hakimiyyet.az bildirir ki, imzalanma mərasimi klubun sosial şəbəkə hesablarında canlı yayımlanır.

Məlumata görə, Mbappenin müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədə olacaq. O, "Real Madrid"in ev stadionu olan "Santyaqo Bernabeu"da azarkeşlərə təqdim olunub.

Fransalı hücumçu PSJ ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi Madrid komandasına keçid edib. "Real Madrid" onun transferi barədə iyunun əvvəlində elan edib.

Kilian Mbappe 2017-ci ildən PSJ-də çıxış edirdi və Paris komandası ilə altıqat Fransa çempionu olub.

25 yaşlı futbolçu bu mövsüm 48 matçda 44 qol vurub.

"Real Madrid" ötən mövsüm Çempionlar Liqası, ölkə çempionatı və İspaniya Superkubokunda qələbə qazanıb.

0.046684980392456