Gürcüstanda Paris Olimpiadasının qalibləri nə qədər mükafat alacaqlar?

Gürcüstan hökuməti Parisdə keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanan idmançılar üçün 1 milyon lari (təxminən 370 min dollar) məbləğində mükafat təsis edib.

hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

"Ənənəvi olaraq, Olimpiya Oyunlarından əvvəl mükafat təsis edilir. Gürcüstan hökuməti Olimpiya çempionları üçün 1 milyon lari, gümüş medala görə isə yarım milyon lari (təxminən 185 min dollar), bürünc medalçılar üçün isə 250 min lari (təxminən 92 min dollar) ayıracaq", - Kobaxidze gürcü olimpiyaçıları ilə vida mərasimində deyib.

Qeyd edək ki, iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək Olimpiya Oyunlarında Gürcüstandan 28 idmançı mübarizə aparacaq.

0.080099105834961