Azərbaycanda toyda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

"Şamaxıda baş verən kütləvi zəhərlənmə hadisəsinin araşdırılması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb".

Bunu hakimiyyet.az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildiriblər.

"Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün vətəndaşa məxsus həyətyanı sahədə təşkil olunmuş toy mərasimində istehlak edilən müxtəlif qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

İlkin ehtimallara əsasən, hadisə ev şəraitində hazırlanmış məhsulların istehlakı nəticəsində baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə məlumatda vurğulanır.

Əzizə İsmayılova

Şamaxıda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Şamaxının Məlikçobanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, toyda iştirak edən 21 nəfər kəskin zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Ona yaxın sakin təcili tibbi yardım avtomobili ilə aparılıb, digərləri isə xəstəxanaya özləri gəliblər.

Hazırda vəziyyətlərinin normal olduğu bildirilir. İlkin ehtimala görə, zəhərlənməyə toyda verilən tort səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

0.048366069793701