Üç yaşlı Zeydin anası: "Dəyərli bütün əşyalarımızı satmışıq, müalicə üçün dəstəyə ehtiyacımız var"

Üç yaşlı Zeydin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə hakimiyyet.az-a onun anası Aygün Əhmədova məlumat verib.

O bildirib ki, övladının böyrəyində anadangəlmə problem var.

"Zeydin üç yaşı var. O, 6-7 aylıq olarkən onun sidik kisəsinin sidiyi tam süzmədiyini öyrəndik. Ona görə də, illərdir Zeydi kateter vasitəsi ilə sidiyə çıxarırıq. İllərdir onu müalicə edirik, bu müalicələrin xeyrini həqiqətən çox görürük".

Aygün Əhmədova övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib.

"Zeydin aylıq müalicələri 300-400 manat edir. Özümüz kirayədə yaşayırıq, yoldaşım avtoyuma məntəqəsində çalışır, mən isə evdar qadınam. İnanın, çox çətinliklə yaşayırıq. Zeydin müalicəsi üçün dəstəyə ehtiyacımız var. Bu illər ərzində vəziyyətimiz lap ağırlaşdıqca dəyərli bütün əşyalarımı satıb əldən çıxarmışam. İndi isə satmağa heç nəyim qalmayıb. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (055) 328-05-13.

Kapital Bank: 4169 7388 6870 0349.

0.048027038574219