Modriçin "Real Madrid"dəki taleyinə aydınlıq gəldi

İspaniyanın "Real Madrid" futbol klubu komandanın kapitanı Luka Modriçlə müqaviləni bir mövsüm də uzadıb.

hakimiyyet.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytında məlumat verilib.

Bildirilir ki, 38 yaşlı xorvat yarımmüdafiəçi ilə yeni müqavilə 30 iyun 2025-ci il tarixinədək nəzərdə tutulub.

Modriç 2012-ci ildən "Real Madrid"də çıxış edir. O, bütün turnirlərdə komanda ilə 534 oyun keçirib, bu oyunlarda 39 qol vurub. Ümumilikdə Modriç klubun heyətində Çempionlar Liqasında altı qələbə də daxil olmaqla 26 titul qazanıb.

0.71413707733154