Bəzi nəqliyyat vasitələri idxal gömrük rüsumundan azad edildi

Elektrik mühərriklə hərəkətə gətirilən avtobuslar 15% idxal gömrük rüsumundan azad edilib.

hakimiyyet.az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Belə ki, "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə müvafiq dəyişiklik edilib.

Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2025-ci il yanvarın 1-dək qüvvədədir.

Qeyd edək ki, hazırda məxsusi olaraq hava limanlarında istifadə üçün elektrik mühərriklə hərəkətə gətirilən avtobuslar idxal gömrük rüsumundan azaddır.

0.063650131225586