Avropa Komissiyasının rəhbəri (AK) Ursula fon der Lyayen Avropa İttifaqını (Aİ) müdafiə ittifaqına çevirmək niyyətindədir.
hakimiyyet.az-ın "Reuters"ə istinadla verdiyi məlumata görə, bu barədə o, Strasburqda Avropa Parlamentinin (AP) sessiyasında səsvermədən əvvəl proqram nitqində bildirib.
Lyayen AP üzvlərini onu AK sədri vəzifəsində ikinci müddətə təsdiq etməyə çağırıb və yenidən seçiləcəyi təqdirdə həqiqi Avropa "müdafiə ittifaqı"nın yaradılmasına diqqət yetirəcəyinə vəd verib.
AK sədri, həmçinin regionda Avropa İttifaqının vahid Hava Hücumundan Müdafiə (HHM) sistemini yaratmağı təklif edəcəyini deyib.
"Biz Avropa üçün Avropa hava qalxanının və kibermüdafiənin yaradılmasından başlayaraq ümumi maraq kəsb edən bir sıra müdafiə layihələri təklif edəcəyik", - deyə o bildirib.