Bakıda, Dəniz Vağzalının qarşısında avtomobil saxlayan sürücü dayanma-durmanın qadağan olunmadığı halda ona protokol yazılmasından şikayət edib.
hakimiyyet.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.
İdarədən hakimiyyet.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə dayanma-durmanın qadağan edilmədiyi müddətdə bəzi sürücülər ikinci cərgədə avtomobilləri park edirlər ki, bu da qayda pozuntusudur:
"Həmin sürücülər barəsində də qanunamüvafiq tədbirlər həyata keçirilir. Sözügedən hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır".
Əzizə İsmayılova