Altı aylıq körpənin anası: "Uşağa yemək belə ala bilmirəm"

Altı aylıq Tanurun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə hakimiyyet.az-a onun anası Ülfət Qurbanova məlumat verib.

Gənc ana övladına, hətta yemək almağa imkanının olmadığını deyib:

"Tanur 2024-cü ilin yanvar ayında dünyaya gəlib. Mən ona iki aylıq hamilə olarkən atası avtomobil qəzasında dünyasını dəyişdi. Hamiləliyim çox böyük stres və həyəcan içində keçib. Tanur doğulanda sağlam uşaq olsa da, hazırda nevroloji müalicəyə ehtiyacı var. Amma bunu qarşılamağa imkanımız yoxdur".

Ülfət Qurbanova yardımsevər şəxslərə səslənib:

"Mən uşaq olarkən atam rəhmətə gedib, tək anam var, o da işləmir. Hazırda Tanur çox balacadır, ona görə mən də işləyə bilmirəm, özümüz isə 300 manata kirayə qalırıq. Nə anamla özüm yeməyə, nə də övladıma yedirtməyə yemək tapıram. İnanın, vəziyyətimiz çox ağırdır. Son günlər anamın vəziyyəti ağırlaşıb. Həkimə apardıq, müalicə yazıb. İnanın, dərmanları belə ala bilmirəm. Nəinki onu, heç yemək belə tapıb ala bilmirəm. Hazırda nə müalicəyə, nə yemək, nə də bez almağa pulum var. Yardımsevər şəxslərin bizə bu çətin durumdan çıxmağa kömək etmələrini istəyirəm. Övladım bir az böyüsə, özüm də iş tapıb işləyəcəyəm".

Ailə ilə əlaqə: (055) 949-57-84.

"Kapital Bank": 4169 7385 3170 3456.

0.2257239818573