Türkiyəli futbolçu Arda Turanın anası Yüksel Turan həbs edilib.
hakimiyyet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o "tikinti çirklənməsinə səbəb olmaq" ittihamı ilə 10 ay müddətinə azadlıqdan məhrum edilib.
O, evində qanunsuz tikinti aparmaq ittihamı ilə mühakimə olunub.
Bayrampaşa Bələdiyyəsi tərəfindən aparılan araşdırmalarda zirzəmi, 1, 2 və 3-cü mərtəbələrdən ibarət binada yaşayış olduğu halda Y.Turanın tikiliyə qeyri-qanuni çardaq əlavə etdiyi müəyyən edilib.