Ulduz futbolçu klub sahibi oldu

"Mançester Yunayted" və Portuqaliya yığmasının sabiq cinah oyunçusu Nani futbol həyatında yeni mərhələyə hazırlaşır.

hakimiyyet.az "The Sun"a istinadən xəbər verir ki, o, bir qrup investorla birlikdə "Sintrense" klubunun səhmlərinin 95 faizini alıb. Klub Lissabonun şimal-qərbində, oyunçunun doğulduğu yerə yaxın Sintrada yerləşir. 112 il əvvəl qurulan "Sintrense" Portuqaliyanın dördüncü divizionunda çıxış edir.

Bundan əlavə, 37 yaşlı futbolçu mayda "Adana Dəmirspor"dan ayrıldıqdan sonra klubsuz qalsa da, karyerasını bitirmək niyyətində deyil.

0.11078405380249