Şuşada iyulun 20-22-də II Qlobal Media Forumu keçiriləcək. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, üç beynəlxalq təşkilat və 82 media qurumunun qatılacağı forumda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı nəzərdə tutulur.
hakimiyyet.az-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu gün Şuşadan yeni görüntülər paylaşıb.
"Şuşanın keçmiş məcburi köçkün azərbaycanlılar üçün yeni salınmış yaşayış massivində sakit və xoşbəxt şənbə səhəri. Uşaqlar oynayır, qocalar nərd oynamağa diqqət yetirir, mühəndislər tikinti işlərini davam etdirirlər. Quşlar cingildəyir, arabir yüngül yağış yağır. Əsl sakinlər 30 illik həsrətdən sonra öz evlərinə qayıtdıqca təbiət də sevinir", - deyə H.Hacıyev paylaşımında qeyd edib.
A serene and happy Saturday morning in a newly built residential area for former displaced Azerbaijani inhabitants of Shusha. Children are playing, elderly people are focused on backgammon, and engineers continue construction works. Birds are chirping, and a light rain… pic.twitter.com/VhiF8aFsDM
— Hikmet Hajiyev (@HikmetHajiyev) July 20, 2024