Arda Güler "Real Madrid"də ilk beşliyə düşdü

Türkiyənin yeni parlayan ulduzu Arda Gülerin şöhrəti və pərəstişkarları getdikcə artır.

hakimiyyet.az Haberglobal.com-a istinadən bildirir ki, istedadı ilə "Santyaqo Bernabeu" stadionunda azarkeşləri coşduran futbolçunun forması "Real Madrid" mağazasında ən çox tələb olunanlar sırasında yer alır.

Keçən il transfer olunana qədər İspaniyada tanınmayan Arda Güler ​​Mbappe, Vinisius, Bellingem və Modriçdən sonra "Real Madrid" mağazalarında ən çox forması satılan beşinci futbolçu olub.

"Real Madrid"in yeni transferi Mbappenin forması mağazada ön cərgələrdə yerləşdirilsə də, azarkeşlər künc-bucaqda gizlədilən Arda Gülerin formasını tapıb almağa üstünlük verirlər.

Qeyd edək ki, Arda Gülerin formasının qiyməti 70-160 avro arasında dəyişir.

0.49314379692078