Şəmkir rayonunun Kür qəsəbəsi, Şəhriyar küçəsi, 5 ünvanında yerləşən doqquzmərtəbəli binanın sakinləri narazıdırlar.
Belə ki, yaşayış binasının lifti yeni olsa da, işləmir.
Sakinlərin sözlərinə görə, istismar müddətini başa vuran lift yenisi ilə əvəz olunsa da, üç aydır ki, fəaliyyət göstərmir.
Bina sakininin sözlərinə görə, həkim çağırdıqları zaman yuxarı qalxmaqdan imtina edirlər:
"Səkkizinci mərtəbədə qalıram. Xəstəmiz var, çıxıb-düşə bilmirik. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, heç bir nəticə əldə etməmişik".
Qeyd edək ki, doqquzmərtəbəli bina 1986-cı ildə təhvil verilib. 2020-cu ildə isə binaya yeni lift quraşdırılıb.
Ətraflı "ATV Xəbər"in süjetində:
Şəmkir sakini: "Lift işləmədiyi üçün çağırdığımız həkim yuxarı qalxmır"