Şəmkirdə bıçaqlanma hadisəsi qeydə alınıb.
hakimiyyet.az xəbər verir ki, hadisə rayonun "Şəhərcik" adlanan yaşayış massivində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü Laləzər Əhmədova bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, qadını mübahisə zamanı həyat yoldaşı bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis mayoru Eşqin Qasımov hakimiyyet.az-a açıqlamasında bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Yusif Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.