Rafael Varan rəsmi olaraq İtaliya klubunda

Rafael Varan rəsmi olaraq İtaliyanın "Komo" klubuna transfer olunub.

hakimiyyet.az xəbər verir ki, bu barədə idman jurnalisti Fabrizio Romano şəxsi "Instagram" profilində paylaşım edib.

Onun sözlərinə görə, "Real Madrid" və "Mançester Yunayted"in keçmiş ulduzu hazırda Sesk Fabreqasın rəhbərlik etdiyi "Komo" klubunun şərəfini qoruyacaq.

Varan klubla 2026-cı ilin iyun ayına qədər ikiillik müqavilə imzalayıb.

Qeyd edək ki, Pepe Reyna, Andrea Belotti və Alberto Moreno da Rafael Varanla birlikdə "Komo" klubunda çıxış edəcəklər.

0.73099803924561